Modern.az

Misir və ABŞ birgə hərbi təlim keçirdi

Misir və ABŞ birgə hərbi təlim keçirdi

Dünya

9 Yanvar 2022, 22:48

Misir və ABŞ Qırmızı dənizdə birgə hərbi dəniz təlimləri keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Misir ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Təlimə Misir donanmasına aid “İsgəndəriyyə” freqatı və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Janson Dunham” və “USS Cole” döyüş gəmilərinin qatıldığı qeyd olunur.

 

Bildirilir ki, təlim çərçivəsində Qırmızı dənizdə hava və dənizdən gələn təhdidlərə qarşı dəniz və naviqasiya təhlükəsizliyinin təmin edilməsi, ticarət yük gəmilərinin mühafizəsi kimi bəzi manevrlər həyata keçirilib.

 

Açıqlmada təlimin nə vaxt keçirildiyi və müddəti ilə bağlı dəqiq məlumat verilməyib.

 

Eyni zamanda Misir və Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin də Səudiyyə ərazisində "Tabuk-5" adlı ortaq hərbi təlimə başladığı bildirilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...