Modern.az

Abdullahian \"Taliban\"ın naziri ilə görüşdü 

Abdullahian \

9 Yanvar 2022, 23:53

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı tərəfindən təyin edilən xarici işlər naziri Əmirxan Muttaki ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Tehranda baş tutub.

 

Görüş zamanı iranlı nazir bildirib ki, Əfqanıstan və qonşu ölkələr arasında ixtilaf yaratmaq ABŞ-ın regionda əsas siyasətlərindən biridir.

 

Muttaki qeyd edib ki, ABŞ utancverici məğlubiyyətlə Əfqanıstanı tərk etsə də, bu ölkənin xalqına qarşı öz siyasətlərini davam etdirir: “ABŞ-ın bu siyasətləri nəticəsindədir ki, Əfqanıstan xalqının 80 faizi hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayırlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...