Modern.az

Milli Məclisin sonuncu iclasının vaxtı açıqlandı

Milli Məclisin sonuncu iclasının vaxtı açıqlandı

24 Dekabr 2012, 12:04

Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı açıqlanıb. Bu haqda Modern.az-a məlumat verən deputat Zahid Oruc parlamentin bu il üçün sonuncu iclasının dekabrın 28-də keçiriləcəyini bildirib. Deputat qeyd edib ki, 28 dekabr iclası ilə Milli Məclis tətilə çıxacaq.

Sessiyanın gündəliyinə hansı məsələlərin çıxarılacağı haqda məlumatsız olduğunu deyən Z.Oruc vurğulayıb ki, yaxın günlərdə bu haqda geniş məlumat veriləcək.

Xatırladaq ki, Milli Məclisin dekabrın 21-də keçirilən plenar iclasının gündəliyinə 29 məsələ müəyyən edilsə də, bir neçə məsələ parlamentdə baxılmadı. Həmin məsələlərin dekabrın 28-də müzakirəyə çıxarılacağı gözlənilir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək