Modern.az

Azərbaycanda polis polisi baltalayıb

Azərbaycanda polis polisi baltalayıb

24 Dekabr 2012, 12:21

Azərbaycanda polis əməkdaşı cinayət törədib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdam rayonunun Baharlı qəsəbəsində qeydə alınıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İmran Bəbirov mübahisə zəminində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Siyavuş Hacıyevə balta ilə xəsarət yetirib. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İ. Bəbirov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək