Modern.az

Ermənistanda Baş Qərargah rəisinə müavin TƏYİN EDİLDİ

Ermənistanda Baş Qərargah rəisinə müavin TƏYİN EDİLDİ

10 Yanvar 2022, 13:50

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinə yeni müavin təyin edilməsilə bağlı sərəncam imzalayıb.


Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Sərəncamla Arakel Martikyan Baş Qərargah rəisinə müavin təyin edilib.


General-mayor Arakel Martikyan ötən ilin avqustunda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...