Modern.az

Sülhməramlılar Qazaxıstanda ən çoxu 1 həftə qalacaq - Qazax jurnalist

Sülhməramlılar Qazaxıstanda ən çoxu 1 həftə qalacaq - Qazax jurnalist

10 Yanvar 2022, 15:10

Yanvarın 2-də Qazaxıstanın Janaozen və Aktau şəhərlərində başlayan iğtişaşlar hələ də davam edir. Qazaxıstanın bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı 10 yanvar tarixi  ölkədə ümummilli matəm günü elan edilib.

 

Qazaxıstanlı jurnalist Amangəldi Kurmetuly ölkəsindəki son vəziyyətlə bağlı Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, hazırda Qazaxıstanda vəziyyət nəzarət altındadır, narahat olacaq bir hal yoxdur:

 

“İndiki vəziyyətdə xalq iğtişaşlar zamanı vəfat edən vətəndaşları dəfn etməklə məşğuldur. Ölkədə diqqət edəcəyimiz məqam genaral və zabitlərin intihar xəbərləridir. Gün ərzində belə xəbərlər çox eşidirik. Bununla demək olur ki, vətənə xəyanət edən bəzi rütbəli vətəndaşlar var. Orduda da vətənə xəyanət edən qüvvələrin olacağından prezident Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrini ölkəyə dəvət edib. Bizə verilən məlumata görə, onlar burada ən çox bir həftə qalacaq, sonra ölkələrinə dönəcək. Yəni həmin əsgərlərin Qazaxıstanda qalma kimi söhbət ola bilməz”.

 

Jurnalist həmçinin sabah yeni hakimiyyətin təqdim oluna biləcəyini də deyib:

 

“Bu gün prezident KTMT iclasında iştirak edib, sabah isə bəlkə Milli Məclisdə yeni höküməti təyin edəcək. Vəziyyət normallaşdıqdan sonra ölkədə siyasi düşüncənin dəyişəcəyini ümid edirik. Amma hələ də bu işlərin arxasında kimlərin olduğu bilinmir və ya bizə açıqlanmayıb. Biz iğtişaşlar zamanı burada radikal qüvvələrin olduğunu açıq şəkildə gördük.

 

Hətta onlar Əfqanıstan və digər ölkələrdən gəlmiş ola bilərlər. Dünən həmçinin bizim xalq üçün utancverici hal yaşandı. Qırğızıstan vətəndaşını etirazçı kimi saxlayıblar. Amma onun bu məsələ ilə bağlı heç bir bağlılığı yoxdur, sənətçidir. Bu da deməkdir ki, bizim polislər arasında öz işlərini bilməyən insanlar var və xalqı qardaş ölkə qarşısında utancverici hala saldılar. Xalq olaraq ümid edirik ki, Qazaxıstan yeni dönəmə keçəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...