Modern.az

Müdafiə Nazirliyindən Qırmızı Bazar AÇIQLAMASI

Müdafiə Nazirliyindən Qırmızı Bazar AÇIQLAMASI

Qarabağ

10 Yanvar 2022, 15:14

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - deyə məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi