Modern.az

Sağalanlar yoluxanları yenə ÜSTƏLƏDİ

Sağalanlar yoluxanları yenə ÜSTƏLƏDİ

Ölkə

10 Yanvar 2022, 15:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 621563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605919 nəfər müalicə olunaraq sağalıb, 8457 nəfər vəfat edib, aktiv xəstə sayı 7187 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5247, ötən müddət ərzində isə ümumilikdə 5948270 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama