Modern.az

Lukaşenko və Çin lideri Qazaxıstanı müzakirə etdi

Lukaşenko və Çin lideri Qazaxıstanı müzakirə etdi

10 Yanvar 2022, 18:38

Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Lukaşenko Cinpinə KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin fəaliyyəti və KTMT Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) növbədənkənar iclasının nəticələri barədə məlumat verib.

 

“Mövcud beynəlxalq gündəmə toxunan Belarus prezidenti və ÇXR sədri Qazaxıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunur.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...