Dekabrın 23-də saat 20.15 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Bəxtiyar Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs bıçaqla ona xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılarkən, sürücüsü bıçaqla polis əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi hədələmiş və təpiklə onlara xəsarət yetirib. Polis əməkdaşları sürücünün əlindən bıçaqı aldıqdan sonra, onu şöbəyə gətiriblər.
Araşdırmalar zamanı onun rayon sakini sərxoş halda olan Taleh Ağayev olması müəyyən edilib.
Modern.az