Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili Ermənistana səfər edəcək. Modern.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvilinin İrəvan səfəri gələn ilin yanvar ayında baş tutacaq. Bu barədə Bidzina İvanişvili keçirdiyi mətbuat konfransında məlumat verib.
O, həmçinin bildirib ki, yanvar ayında Ermənistan səfərindən sonra Türkiyəyə də gedəcək. İvanişvili ABŞ səfərinə gəlincə isə bildirib ki, bu səfər gələn ilin yaz fəslində həyata keçiriləcək.
Anar