Sumqayıt şəhərində prezident İlham Əliyevin 51-ci yaş günü ilə əlaqədar bişirilən tort sakinlərə paylanılıb.
Sumqayıtda prezident İlham Əliyevin 51-ci yaş günü ilə əlaqədar bişirilən tort saat 14:00-da kəsilib.
Modern.az xəbər verir ki, tortu şəhərin icra başçısı Eldar Əzizov kəsib və bundan sonra tort Sumqayıt sakinlərinə paylanılıb.
Eldar Əzizov bildirib ki, Sumqayıt şəhərində bu cür hadisələr artıq ənənə halını alıb.
“Sumqayıtlı iş adamları cənab prezidentin ad günü münasibətilə bu tortu ərsəyə gətiriblər”-deyə icra başçısı qeyd edib.
Tort türkiyəli aşbaz Müzəffər Algüloğlu tərəfindən hazırlanıb və 10 günə başa gəlib. 19 ildir Azərbaycanda yaşayan M.Algüloğlu 17 ildir prezidentə tort bişirir. Bu tort barədə E.Əzizova da təklifi məhz o, edib.
Prezidentin ad günü münasibətilə bişirilən tortun kəsilməsində millət vəkillləri Elmira Axundova, Musa Qasımlı, Leyla Abdullayeva, Hacı Salayev, Muxtar Babayev iştirak ediblər.
Elçin Ağayev