Modern.az

Şagirdlərin bir-birini bıçaqlaması ilə bağlı cinayət işi AÇILDI

Şagirdlərin bir-birini bıçaqlaması ilə bağlı cinayət işi AÇILDI

Təhsil

11 Yanvar 2022, 11:00

Bakının Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, kəskin qan itirmədən vəziyyəti ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilib, həyatı xilas edilib.

 

Fakt üzrə Səbail RPİ-də cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

 

Xatırladaq ki, hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdləridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama