Modern.az

Şərif Ağayar yeni sayt açır

Şərif Ağayar yeni sayt açır

11 Yanvar 2022, 15:34

Tanınmış yazıçı, jurnalist Şərif Ağayar yeni ədəbiyyat saytı açır. Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.

Yazıçının sözlərinə görə, sayt yeniyaz.az adlanacaq:

“Saytı eyni adlı Facebook səhifəsindən də izləyə biləcəksiniz.

yeniyaz.az-ı mən idarə edəcəyəm.

Yazı göndərmək lstəyənlər üçün elektron ünvanı qeyd edirəm: [email protected]

Şüarımız belədir: Yalnız Sənət!”,- Şərif Ağayar bildirib.

Qeyd edək ki, Ş.Ağayar hazırda “Qanun” Nəşrlər Evində redaktor kimi fəaliyyət göstərir.

 

O, ötən il noyabrın 1-də 12 ildir çalışdığı Kulis.az saytının baş redaktoru vəzifəsindən istefa verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu