ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ABŞ-ı Quantanamo həbsxanasını bağlağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, 2001-ci ildə baş verən 11 sentyabr terror aktlarından sonra açılan bu həbs düşərgəsi artıq 20 ildir mövcuddur:
“2002-ci ildə düşərgəyə ilk məhbuslar gətiriləndə Quantanamonun fəaliyyəti beynəlxalq insan haqları standartlarına zidd idi. Bu, 20 ildən sonra hələ də davam edir. Məhbusların hüquqlarının qorunması – həm davam edən pozuntulara son qoyulması, həm də keçmiş sui-istifadə hallarının aradan qaldırılması, terrorizmlə mübarizə və hamımız üçün təhlükəsiz cəmiyyətlər qurmaq çox vacibdir”.