Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
M. Ağayev qeyd edib ki, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib:
"99 JZ 710 dövlət qeydiyyat nömrəli avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb".
Onun sözlərinə görə, minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.