Modern.az

KTMT Qazaxıstan üçün plan hazırlayır

KTMT Qazaxıstan üçün plan hazırlayır

Dünya

11 Yanvar 2022, 22:15

Qazaxıstana gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə olunan obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün plan hazırlayır. 

 

Modern.az xəbər verir ki, bu barədə KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin komandanı Andrey Serdyukov məlumat verib.

 

Onun sözlərinə görə, son sutka ərzində hərbçilər Qazaxıstanda beş sosial əhəmiyyətli obyekti nəzarətə götürüblər. 

 

Serdyukov qeyd edib ki, tapşırıqları yerinə yetirdikdən sonra sülhməramlılar texnika ilə birlikdə Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə daimi dislokasiya məntəqələrinə qayıdacaqlar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...