Modern.az

Səfər Əbiyev keçmiş mətbuat katibini təltif etdi - FOTO

Səfər Əbiyev keçmiş mətbuat katibini təltif etdi - FOTO

Hadisə

12 Yanvar 2022, 00:10

Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb.

 

Modern.az xəbər verir ki, sabiq nazirin də üzv olduğu "Dədə Qorqud" Milli Fondu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu mükafatlandırıb.


Bu barədə E.Sabiroğlu məlumat paylaşıb.

 

Bildirib ki, “Dədə Qorqud” Milli Fondu “Azərbaycan dünyası” Beynəlxalq Jurnalı onu “Ədalətin qılıncı” beynəlxalq ordeni ilə təltif edib:

 

“Bu ordeni döşümə çox hörmət etdiyim və əsl insan kimi tanıdığım keçmiş müdafiə naziri Səfər Əbiyev və jurnalın baş redaktoru Eldar İsmayılov taxdı”.

 

Qeyd edək ki, sabiq nazir 2019-cu ildə də azərbaycanlı jurnalist Fuad Abbasovu mükafatlandırmışdı.

 

Xatırladaq ki, S.Əbiyev 2013-cü ildə müdafiə naziri vəzifəsindən azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?