Modern.az

Şarl Mişel Çexiyaya gedir

Şarl Mişel Çexiyaya gedir

12 Yanvar 2022, 08:11

Avropa Şurasının prezidenti Şarl Mişel sabah Çexiyaya səfər edəcək. Səfər çərçivəsində o, Praqada respublikanın baş naziri Petr Fiala ilə danışıqlar aparacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.

 

"Çexiyanın Baş naziri Petr Fiala cümə axşamı, yanvarın 13-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli qəbul edəcək.

 

Danışıqların əsas mövzusu Çexiyanın Avropa İttifaqı Şurasında qarşıdakı [bu ilin iyulun 1-dən yarım aylıq] sədrliyinə hazırlıq olacaq", - deyə qeyd olunub.

 

P.Fiala və Ş.Mişel Avropa Şurasının qarşıdan gələn iclası, eləcə də Avropa üçün digər aktual məsələlər - enerji qiymətləri, hüquq dövləti, miqrasiya və Aİ ticarət siyasəti haqqında danışacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...