Tanınmış teleaparıcı Mixail Zelenski 47 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə “Rossiya-Kultura” telekanalının rəhbərinin müavini Aleksandr Yefimoviç Facebook-da bildirib.
“Rossiya-24” telekanalı hələlik Mixail Zelenskinin hansı şəraitdə öldüyü barədə məlumat verməyib.
“Bəzi məlumatlara görə, o, Dominikan Respublikasında tətildə olarkən dünyasını dəyişib”, - kanalın saytında deyilir.
Mixail Zelenski 1997-1999-cu illərdə Radio Russia - Nostalgie və TV Center telekanalında xəbər proqramlarının aparıcısı kimi çalışıb. 1999-cu ildə "Rossiya" telekanalında "Vesti" proqramının gündüz buraxılışlarının aparıcısı olub. 2001-ci ildə “Vesti-Moskva” verilişinin aparıcısı, 2006-cı ildən isə “Rossiya-24” telekanalının aparıcısı olub.