Modern.az

Jurnalistlərin Şuşa səfəri ərəb mediasında

Jurnalistlərin Şuşa səfəri ərəb mediasında

Aktual

12 Yanvar 2022, 11:55

Jurnalist Əli Zülfüqaroğlunun Şuşa ilə bağlı hazırladığı reportaj Misirin nile.com və Əlcəzairin Alharir.info informasiya agentliklərində yayımlanıb.

 

Modern.az xəbər verir ki, yazıda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin Şuşaya səfərindən bəhs edilir.

 

Səfər çərçivəsində hazırlanan yazıda Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılır. Həmçinin erməni vandalizminin Şuşayada məscidlərə, tarixi abidələrə və digər obyektlərə verdiyi zərər ərəb oxucuların diqqətinə çatdırılır. Bundan başqa işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Şuşada da məscidlərin erməni vandallığına, təhqirə məruz qalması və məscidlərin timsalında bütün islam dünyasının ermənilər tərəfindən təhqir edilməsi önə çəkilir.

 

Yazıda Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məscidlərimizin, eyni zamanda digər tarixi abidələrimizin əsaslı bərpası qeyd olunur.

 

Yazıya bu linklərdən daxil olmaq mümkündür:

www.nile1.com/%D8%B9%D9%84%D9%8A-%D8%B2%D9%84%D9%81%D9%88%D8%BA%D8%A7%D8%B1-%D8%A3%D9%88%D8%BA%D9%84%D9%88-%D9%8A%D9%83%D8%AA%D8%A8-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B1%D9%85%D8%B2-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D9%82/?fbclid=IwAR3VkTTtv0jxTJVIGDulDZdK3HV6cFLlzHccPOY6tG671naaVM1CPKMwyVw

 

alharir.info/%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B1%D9%85%D8%B2-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D9%82%D8%B1%D9%87-%D8%A8%D8%A7%D8%BA/?fbclid=IwAR1rgWeP5phewdfbO_xrl8RXalLy7QjWm-jams8K_dJ-QRZ7327PO3vNIFg    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI