Modern.az

Paşinyan Putinlə, Həsənov Akarla danışır - TƏHLİL

Paşinyan Putinlə, Həsənov Akarla danışır - TƏHLİL

Analitika

12 Yanvar 2022, 15:48

Sərhəddə baş verən toqquşmalar, hələ də eskalasiya riskinin qalması fonunda Putin-Paşinyan və Akar-Həsənov arasında telefon danışığı diqqət çəkir.


Putinlə Paşinyan KTMT-nin Qazaxıstandakı fəaliyyətini, Qarabağ ətrafındakı vəziyyəti və üçtərəfli razılaşmaların (10 noyabr, 11 yanvar, 26 noyabr) icrasını müzakirə edib: Rusiyanın gündəmində Qazaxıstan əsas məsələ olsa da, KTMT-nin fəaliyyətini təşkilata rəhbərlik edən Ermənistanla müzakirə edilməsi formal xarakter daşıyır, çünki təşkilatda qərarlar müzakirə ilə yox, Moskvanın diktəsi ilə qəbul edilir; bu baxımdan, Moskva-İrəvan xəttində əsas gündəmin sərhəddə baş verənlər və sərhəd razılaşmasının icrası olduğu ehtimalı böyükdür;


Moskva üçün Cənubi Qafqazda ayrı prioritetlər var:
 

- Soçidə əldə olunan sərhəd razılaşmasının praktiki mərhələyə keçidini istəyir;


- Sərhəddə eskalasiyanın böyüməsi və bölgədə KTMT mexanizmlərinin işə düşməsi şəraitinin yaradılmasında maraqlı deyil: bu situasiya rusların “hakimlik” etdiyi razılaşmaları, ümumilikdə bölgədəki vəziyyəti təhlükə altına atır.


Putin əvvəlki vəziyyətin yaranmasını istəmədiyi üçün Paşinyanla danışa bilər: ötən ilin may ayından sonra sərhəddə davamlı olaraq baş verən toqquşmalar zamanı İrəvan Moskvanın vasitəçiliyinə alternativ qüvvələrin bölgəyə gətirilməsi ideyasını gündəmə atdı; görünür, Rusiyada hesab edirlər ki, toqquşmalar zamanı Moskva-İrəvan arasında təmasın zəif olması da belə situasiyanın yetişməsini şərtləndirən amillərdəndir və indi prosesə dərhal müdaxilə edilir.
 

Burada əsas məqamlardan biri Bakı-Ankara xəttində diplomatiya yox, hərbi istiqamətdə təmasın qurulmasıdır:


Birincisi, Bakı Putin-Paşinyan görüşünün detallarını bilmir və mümkün risklərə qarşı Ankara ilə birlikdə olduğunu nümayiş etdirir;
 

İkincisi, Bakı və Ankara Moskvaya “diplomatiya işləməyəndə hərbçilər işə qarışır” mesajını verir və çıxış yolunun razılaşmaların icrası olduğunu göstərir.
 

Sərhəd razılaşması praktiki mərhələyə keçmədiyi müddətdə eskalasiyanın davam edəcəyi bəllidir.
 

Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu