Modern.az

Yoluxma statistikası: sağalanlar artdı, 9 nəfər öldü

Yoluxma statistikası: sağalanlar artdı, 9 nəfər öldü

12 Yanvar 2022, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Rəsmi statistikaya görə, indiyədək ölkədə ümumilikdə 622 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 888 nəfər müalicə olunaraq sağalıb, 8 480 nəfər vəfat edib, aktiv xəstə sayı 7 513 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 746, ötən müddət ərzində isə ümumilikdə 5 968 349 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?