Modern.az

Paşinyan düşməninin qohumuna yüksək vəzifə VERDİ

Paşinyan düşməninin qohumuna yüksək vəzifə VERDİ

12 Yanvar 2022, 17:53

Ermənistanın baş naziri Nikol Paşinyan Qriqor Minasyanı ədliyyə nazirinin müavini təyin edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir bu barədə müvafiq qərar imzalayıb.

Qriqor Minasyan 2011-ci ildən Ermənistanın Avropa Publik Hüquq Təşkilatında (EPLO) rəsmi nümayəndəsi olub.

Maraqlıdır ki, Qriqor Minasyan Nikol Paşinyanın ən qatı əleyhdarlarından olan eks-prezident Serjik Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

Qeyd edək ki, Mikael Minasyan əvvəllər Ermənistanın Vatikandakı səfiri vəzifəsində işləyib. Hazırda İtaliyada mühacirətdə yaşayan Mikael Minasyan bir sıra mətbuat orqanlarının sahibidir. Ona məxsus erməni mediasə Nikol Paşinyanı mütəmadi olaraq söyür, təhqir edir, aşağılayır.

Nikoil Paşinyanın düşməninin qohumunu yüksək vəzifəyə təyin etməsi Ermənistanda da təəccüblə qarşılanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...