Modern.az

Ümid Partiyası jurnalistə vəzifə verdi

Ümid Partiyası jurnalistə vəzifə verdi

Media

12 Yanvar 2022, 18:03

Ümid Partiyasında yeni təyinat olub.

Modern.az xəbər verir ki, İcra Aparatının rəhbəri Taleh Əliyevin sərəncamı ilə Röya Rəfiyeva Ümid Partiyası Mərkəzi Aparatının Təbliğat və İnformasiya məsələləri üzrə şöbənin müdiri təyin edilib.

 

Qeyd edək ki, Röya Rəfiyeva 3 iyul 1981-ci ildə Oğuz rayonunda anadan olub.

O, 2007-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsini bitirib.
2002-ci ildən mətbuatda çalışır.

 

Dövri mətbuatda ictimai-siyasi yazılar və müsahibələrlə çıxış edir.

Ailəlidir, üç övladı var.

Röya Rəfyeva övladları ilə b​​​​​​ir neçə il Almaniyada mühacir həyatı yaşayıb. Onlar bu yaxınlarda Azərbaycana deportasiya olunmuşdular.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu