Xəbər verdiyimiz kimi, bu gün NATO-Rusiya Şurasının toplantısı keçirilib.
Modern.az xəbər verir ki, iclasdan sonra keçirilən mətbuat konfransında Alyansın Baş katibi Yens Stoltenberq Rusiyanın NATO-da diplomatik ofisinin yenidən açılmasına toxunub.
O qeyd edib ki,ofisinin yenidən açılması üçün heç bir ilkin şərt yoxdur. Stoltenberq Rusiyanın NATO-dakı diplomatik missiyasının fəaliyyətini dayandırmasından təəsüfləndiyini vurğulayıb.
“Biz bu ofislərin qarşılıqlı şəkildə yenidən açılmasını istəyirik və bu gün bunu ifadə etdik. Çünki biz dialoqa inanırıq. Bu ofislər, diplomatik missiyalar mənalı dialoqun vacib hissəsidir”, - deyə o bildirib.