Modern.az

İlham Əliyev: "İqtisadi artım 5%-dən çoxdur"

İlham Əliyev:

İqtisadiyyat

12 Yanvar 2022, 19:15

“Mən 11 ayın yekunları ilə bağlı Azərbaycan xalqına məlumat verdim. İndi bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Nəticələr gözlənilən kimidir. İqtisadi artım 5%-dən çoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

 

Dövlət başçısı bildirib ki, bu çox gözəl göstəricidir: “Xüsusilə müharibədən çıxmış ölkə üçün. Və ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi