Modern.az

Elmlər Akademiyasına seçkilər texniki problemlərdən baş tutmur - AMEA vitse-prezidenti

Elmlər Akademiyasına seçkilər texniki problemlərdən baş tutmur - AMEA vitse-prezidenti

25 Dekabr 2012, 10:04

Bu ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi və müxbir üzvlərin seçilməsi ilə bağlı müsabiqə vəziyyəti elan edildikdən sonra may ayında qurumun ayrı-ayrı bölmələri üzrə namizədlərin dindirilməsi prosesi olub və onların şəxsi işlərinə baxılıb. AMEA-nın nizamnaməsinə əsasən sənədlər qəbul ediləndən 3 ay sonra səsvermə keçirilir və vakant yerlərə namizədlər təsdiqlənir. İlin sonuna sayılı günlər qalsa da, həqiqi və müxbir üzvlərin seçilməsi prosesi hələ də ləngiyir.

  AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov Modern.az-a açıqlamasında bununla bağlı hələ heç bir yeniliyin olmadığını bildirib. O, bunu texniki problemlərlə əlaqələndirib. “Seçimlər olanda bütün ictimaiyyətin xəbəri olacaq. Hələ heç bir yenilik yoxdur. Bunlar Akademiya daxili məsələlərdir, onlar həll olunmalıdır”.  

Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə 255 nəfər – 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb.  

Aytən Əliyeva
 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək