Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 422 min 028 nəfərin test edildiyi, 77 min 722 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 42 min 573 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.