Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov konstitusiya quruluşuna zərər vuran materialların yayılmasının qarşısını almaq üçün internetə nəzarəti gücləndirməyi tapşırıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Berdiməhəmmədov bu barədə Milli Təhlükəsizlik Nazirliyinə (MNB) müvafiq göstəriş verib.
“Biz internetə tələblərə uyğun nəzarət etməliyik. Ölkəmizin ərazisində dövlətimizin konstitusiya quruluşuna xələl gətirən, cəmiyyətə qarşı yönəlmiş, reallığı təhrif edən, terrorizmi, ekstremizmi, millətçiliyi və digər qanunsuz hərəkətləri təbliğ edən məlumatlar yayan internet mənbələrinin fəaliyyətini müəyyən edib məhdudlaşdırmaq lazımdır", - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki. Milli Təhlükəsizlik Nazirliyi ayrı-ayrı şəxslər və ya qruplar tərəfindən ictimai təhlükəsizliyin pozulmasına, habelə kütləvi iğtişaşlara qarşı mübarizə sahəsində işlərini xüsusilə gücləndirməlidir.