Türkiyənin müdafiə sənayesi "Hürjet" yüngül döyüş və reaktiv təlim təyyarələrinin kütləvi istehsalına başlayır.
Modern.az xəbər verir ki, bu barədə qərar ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclasında qəbul edilib.
Bununla yanaşı, müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələr barədə də qərar verilib.
Yerli resurslarla hazırlanan təyyarənin ilk uçuşunun 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır. Təyyarələr TUSAŞ şirkəti tərəfindən istehsal edilir.
Akif İsmayılov