Modern.az

Ötən həftə dünyada rekord yoluxma qeydə alınıb

Ötən həftə dünyada rekord yoluxma qeydə alınıb

Dünya

13 Yanvar 2022, 00:47

Ötən həftə ərzində (3-9 yanvar) dünya üzrə koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

 

O qeyd edib ki, Son bir həftə ərzində ÜST-yə dünya üzrə 15 milyondan çox yeni COVID-19 halı barədə məlumat daxil olub. 

 

"İndiyə qədər bu, bir həftə ərzində qeydə alınmış ən yüksək göstəricidir", - deyə baş direktor bildirib.

 

O qeyd edib ki, koronavirusa yoluxma hallarının kəskin şəkildə artmasına səbəb "Omicron" ştamının yayılmasıdır.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...