Modern.az

Vətəndaşlardan 3 sənədsiz ov tüfəngi götürüldü

Vətəndaşlardan 3 sənədsiz ov tüfəngi götürüldü

13 Yanvar 2022, 11:05

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb.

 

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir