Modern.az

Hindistan və Çin arasında danışıqlar nəticəsiz qaldı

Hindistan və Çin arasında danışıqlar nəticəsiz qaldı

13 Yanvar 2022, 19:54

Hindistan və Çin hərbi rəsmiləri arasında sərhəd mübahisələrinin həlli üçün 20 aydır davam edən danışıqlar ikinci dəfə heç bir irəliləyiş olmadan başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tərəflər dünən Moldoda, nəzarət xəttinin (Ladax bölgəsində Çin və Hindistan arasında sərhəd) Çin tərəfində görüşüblər.

 

Hindistan rəsmisi qalan problemlərin həlli üçün səy göstərəcəklərini bildirsə də, danışıqların yenidən uğursuzluğa düçar olduğu qeyd edilib.

 

Keçən ilin oktyabrında komandirlər səviyyəsində aparılan uğursuz danışıqların əvvəlki raundunda Çin Hindistanı sərhəd mübahisələrinin həlli üçün danışıqlarda “əsassız tələblər irəli sürməkdə” günahlandırmışdı.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal