Modern.az

Azərbaycana keçən erməni geri QAYTARILDI

Azərbaycana keçən erməni geri QAYTARILDI

Ölkə

13 Yanvar 2022, 20:29

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama