Türkiyənin “Altay” klubunun baş məşqçisi Mustafa Denizli istefa verib.
Modern.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, Denizli ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, bu mövsum Superliqaya yüksələn “Altay” son 13 həftədə heç bir matçda qalib gələ bilməyib.
Mustafa Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.