Modern.az

Uşağın bağçada döyülməsilə bağlı araşdırma başladı - RƏSMİ

Uşağın bağçada döyülməsilə bağlı araşdırma başladı - RƏSMİ

13 Yanvar 2022, 23:20

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin körpəyə qarşı şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, görüntülərdə qadının körpəyə "çörəyi dişlə, saxla ağzında" deyə israr etməsi, körpənin onun dediklərini gec icra etməsi, nəticədə azyaşlının başına vurması yer alıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır:

 

"Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb. Yayılan görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

 

DİN rəsmisi deyib ki, ictimaiyyət nəticə barədə məlumatlandırılacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?