Modern.az

Azərbaycanda seçicilərin sayı açıqlanacaq

Azərbaycanda seçicilərin sayı açıqlanacaq

25 Dekabr 2012, 13:52

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə yanaşı, seçkilərlə bağlı maarifləndirmə işləri də aparılacaq

Mərkəzi Seçki Komissiyasının seçki siyahılarında dəqiqləşdirmələr yanvar ayının əvvəlindən başlanılacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O bildirib ki, Yeni il tətilindən qayıtdıqdan sonra məntəqə  seçki komissiyalarında seçicilərin siyahısı dəqiqləşdirilir, statistika aparılır.

“Bu proses fevralın əvvəlinə kimi davam edir. Sonra dairə seçki komissiyalarında dəqiqləşdirmələr aparılır və aprelin 5-dək seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim edilir. MSK-da siyahılara baxılır, ölkə üzrə dəqiqləşdirmələr aparılır və bu proses mayın sonuna kimi çəkir. Yalnız bundan sonra siyahılar ictimailəşdirilir və bu saytımızda da qoyulur”.

A. Sarıyev bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsi ilə yanaşı,  digər seçki subyektlərinin maarifləndirmə işləri də aparılacaq. “Hazırda layihə üzərində böyük iş gedir və bu bitəndən sonra qeyd edilən proseslərə başlanılacaq”.

Aytən Əliyeva   

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək