Müstəqilliyə imza atan 43 nəfərdən biri, Konstitusiya Aktını hazırlayan 3 nəfərdən biri, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin 50 illik yubiley tədbiri keçirilib. Rəsmi və bədii hissədən ibarət olmaqla “Xudafərin” şadlıq sarayında keçirilən tədbirə 400-dən yuxarı qonaq qatılıb. Dövlət rəsmiləri, millət vəkilləri, partiya sədrləri, yüksək rütbəli zabitlər, incəsənət ustaları, gənclər və jurnalistlərin qatıldığı tədbirdə Fərəc Quliyevin həyatı və fəaliyyəti, o cümlədən MDHP-nin hesabatı sənədli film şəklində qonaqlara təqdim olunub.
Millət vəkilləri Qənirə Paşayeva, Elxan Süleymanov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Fazil Mustafa, Musa Qasımlı, Yevda Abramov, Novruz Aslan, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, general Yəhya Əliyev, polkovnik Telman Mehdiyev və bir sıra dövlət, ictimai-siyasi xadimlər çıxış edərək Fərəc Quliyevə öz təbriklərini çatdırıblar.
Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən təbriklər oxunub və diplomlar, fəxri fərmanlar təqdim olunub.
Modern.az