Tolik adı ilə tanın prodüser Tarix Əliyev canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.
“Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:
“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.
Daxili İşlər Nazirliyi (DİN) Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, T.Əliyev özü sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib:
"Tarix Əliyev sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".
Tolik-in sosial şəbəkələrdə aşağıdakı videosu yayılıb: