Modern.az

Rauf Həbibovun daha bir vəzifəsi əlindən alındı

Rauf Həbibovun daha bir vəzifəsi əlindən alındı

25 Dekabr 2012, 14:37

Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının rəhbər orqanlarından xaric edilib. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, R. Həbibov YAP Quba rayon təşkilatının İdarə Heyəti və Şura üzvlüyündən çıxarılıb. R. Həbibov sıravi üzv kimi fəaliyyətini partiyada davam etdirəcək.

Onun yerinə Quba Rayon İcra Hakimiyyətinin indiki başçısı Mübariz Ağayev təyin olunub. Bu barədə YAP-ın Quba rayon təşkilatından APA-ya məlumatı təsdiqləyiblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək