Modern.az

Prezident Səyyad Aranla bağlı sərəncam verdi

Prezident Səyyad Aranla bağlı sərəncam verdi

14 Yanvar 2022, 15:21

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı (Aran) ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Səyyad Adil oğlu Salahlı Azərbaycan Respublikasında dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah – 15 yanvar tarixində Səyyad Salahlının yubileyidir, onun 70 yaşı tamam olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI