Modern.az

Polis şöbəsindəki qətlə görə polkovnik-leytenant orqandan QOVULDU

Polis şöbəsindəki qətlə görə polkovnik-leytenant orqandan QOVULDU

Hadisə

14 Yanvar 2022, 16:16

Ötən il sentyabrın 30-da polis serjantı İsmayıl Məmmədovun şöbədə arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib.

 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.

 

Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?