Modern.az

Azərbaycan aliminin uğuru

Azərbaycan aliminin uğuru

25 Dekabr 2012, 16:30

Azərbaycan elmi daha bir uğura imza atıb. Həmyerlimiz filologiya elmləri doktoru, professor Şirindil Alışanlı yeni il qabağı Moskvadan xoş xəbər alıb. Belə ki Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının kitab nəşri üzrə şurası onu qalib diplomu ilə təltif edib. Alimin Azərbaycan MEA-nın “Elm” nəşriyyatı tərəfindən çap olunmuş “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı Assosiasiyanın ən yaxşı elmi-nəşriyyat layihəsi olan “Elmi kitab”  beynəlxalq müsabiqəsində “İctimai elmlər” nominasiyası üzrə qalib elan edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək