Modern.az

İvanişvili İlham Əliyevi Gürcüstana dəvət edib

İvanişvili İlham Əliyevi Gürcüstana dəvət edib

25 Dekabr 2012, 16:58

Gürcüstanın Baş naziri Bidzina İvanişvili prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bidzina İvanişvili təbrik məktubunda ölkə başçısına  xoş arzularını çatdıraraq onu Gürcüstana rəsmi səfərə dəvət edib.

“İcazə verin doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün səylərinizdə ən böyük uğurlar arzulayım.

 Gürcüstan ilə Azərbaycan Respublikası bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır.

 Mən Gürcüstanın yeni Baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaqdır.

 Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim.

 Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım”, - deyə məktubda qeyd olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək