Modern.az

Gürcüstanın baş naziri Azərbaycana gəlib

Gürcüstanın baş naziri Azərbaycana gəlib

26 Dekabr 2012, 10:24


Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.  Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində İvanişvilinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, bu, Bidzina İvanişvilinin baş nazir qismində Azərbaycana ilk səfəridir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək