Modern.az

““Kristal Zal”da qurultay keçirmək istəmirik” - Müsavat Partiyası

““Kristal Zal”da qurultay keçirmək istəmirik” - Müsavat Partiyası

26 Dekabr 2012, 10:36

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası bir neçə gün öncə qurultayla bağlı yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Gürcüstan variantının baş tutmayacağını güman edən partiya funksionerləri diqqəti paytaxta yönəldiblər. Partiya Divanının iclasında qəbul edilən müraciətə Bakı meriyasının cavabı gecikmədi. İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Modern.az-a Müsavatın müraciətinə baxılacağı bildirilib.

Müsavat Partiyası qurultayın keçirilməsi üçün müraciətində konkret olaraq yer istəməsə də,  onlara minimum 800-1000 nəfərlik normal zalın verilməsini tələb ediblər.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Müsavat Partiyasının başqan müavini ictimaiyyət arasında gəzən bir sıra söz-söhbətlərə aydınlıq gətirib. Partiya qurultayının “Kristal Zal”da keçirilməsi haqda danışan G.Aslanlı Müsavat Partiyasının bunu istəmədiyini bildirib:

“Biz yenidən Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etməmişik. Əvvəlki müraciətlərimizin qüvvədə qaldığını media vasitəsilə xatırlatmışıq. Yerlər haqqında da bizim əvvəlki xahişlərimiz qüvvədə qalır.
““Kristal Zal”da tədbir keçirmək istəyimiz və niyyətimiz yoxdur. Bizə 800-1000 nəfərin yerləşə biləcəyi normal şəraiti olan zal bəs edər”, - deyə Müsavat rəsmisi vurğulayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək