Modern.az

Almatıda iğtişaşlar zamanı 160 nəfər ölüb

Almatıda iğtişaşlar zamanı 160 nəfər ölüb

16 Yanvar 2022, 19:18

Qazaxıstanın Almatı şəhərində kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Kanat Taymerdenov məlumat verib.

 

O, iğtişaşlar zamanı şəhərdəki morqlara hücum olduğunu, 41 meyitin oğurlandığını bildirib.

 

Qeyd edək ki, dünən Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ümumilikdə 225 nəfərin öldüyünü açıqlayıb.

 

Şəhərin prokuroru Berik Juyriktaev bildirib ki, baş verən iğtişaşlardan sonra 249 nəfər həbs edilib: "Hazırda hüquq-mühafizə orqanları tərəfindən 405 cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin sanksiyası ilə 249 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib"

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...