Niderlandın paytaxtı Amsterdam şəhərində minlərlə insan koronavirus peyvəndi və pandemiya ilə bağlı məhdudiyyətlərə qarşı mitinq keçirmək üçün küçələrə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Kütləvi aksiyaya rayonlardan fermerlər qatılıb. Onlar paytaxta daxil olub və traktorlarını mərkəzi Muzey meydanı boyunca saxlayıblar. Agentlik xəbər verir ki, aksiyada insanlar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Yanvarın 14-də, Niderlandın baş naziri Mark Rutte etirazlar fonunda, rekord sayda yeni yoluxma olmasına baxmayaraq, dükanların, bərbərlərin və idman zallarının yenidən açıldığını, karantini qismən qaldırdığını elan edib.
Qeyd edək ki, ölkədə mütəmadi olaraq etiraz aksiyaları keçirilir, keçən ilin sonunda Avropanın ən sərt qadaöaları burada tətbiq olunub.
Cons Hopkins Universitetinin məlumatına görə, Niderlandda pandemiyanın başlanğıcından bəri 3,6 milyon koronavirusa yoluxma qeydə alınıb. Bütün dövr ərzində ölkədə 21,6 min insan bu diaqnozla dünyasını dəyişib.
Akif İsmayılov