Modern.az

Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi

Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi

Dünya

16 Yanvar 2022, 21:16

Türkiyə ordusu İraqın şimalında yerləşən Pençe Kaplan və Pençe Şimşək əməliyyatları bölgəsində 6 PKK terrorçusunu zərərsizləşdirib.

 

Modern.az  verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, terrorçular artilleriya zərbələri nəticəsində zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri terrora qarşı effektiv mübarizəni davam etdirir.

 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal